MİDA və YAP Nəsimi Rayon Təşkilatının 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş birgə sosial aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Xalqımızın öz azadlığı və müstəqilliyi uğrunda mübarizəsinin şanlı səhifəsi olan 20 Yanvar faciəsinin ildönümü hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunur, faciənin qurbanları dərin hörmət və ehtiramla yad edilir.

1990-cı ilin 20 yanvarında keçmiş SSRİ rəhbərliyinin tapşırığı və ermənipərəst Sovet Ordusu ölkəmizdə öz istiqlaliyyəti uğrunda mübarizə aparan mülki və dinc insanlara qarşı amansızcasına cinayət hadisəsi törətmişdir. Buna baxmayaraq əli silahsız, amma vətənpərvər soydaşlarımız Bakıya yeridilmiş qoşunun qarşısından çəkilməmişdir.
Bu il ilk dəfədir ki, 20 Yanvar şəhidlərimizin anım günü torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır.

 

Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və YAP Nəsimi Rayon Təşkilatının 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş birgə yardım aksiyası təşkil edilmişdir. Aksiya zamanı Nəsimi rayonu ərazisində yaşayan 20 Yanvar şəhid ailələri və əlilləri ziyarət edilib, onlara ərzaq yardımı paylanılıb. Bəzi şəhid ailələri və 20 Yanvar qaziləri ilə isə karantin qaydaları nəzərə alınmaqla YAP Nəsimi rayon təşkilatında görüş keçirilmişdir. Aksiya Nəsimi rayon ərazisində yaşayan 40 şəhid və qazi ailəsini əhatə edib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

İğdır şəhərində 20 Yanvar şəhidləri anılıb (FOTO)

SONRAKI XƏBƏR

Ölkədə koronavirusa yoluxanların statistikası AÇIQLANDI - FOTO