“Virtual məktəb”də bir həftə ərzində 6 milyondan çox dərs keçirilib

“Virtual məktəb”də bir həftə ərzində 6 milyondan çox dərs keçirilib

Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənir.

Təhsil Nazirliyindən "Xalq qəzeti"nə bildirilib ki, yanvarın 10-16-da platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 milyon 442 min 203, müəllimlərin sayı 128 min 132, aktiv istifadəçi sayı 1 milyon 170 min 528 nəfər olub. Həftə ərzində “Virtual məktəbdə” 6 milyon 278 min 106 dərs keçirilib.

Mənbə: xalqqazeti.com