Qazaxıstanda elektron peyvənd pasportları tətbiq ediləcək

Qazaxıstanda koronavirusa qarşı peyvənd pasportları tətbiq ediləcək.

“Sputnik Qazaxıstan” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəhbəri Aleksey Tsoy deyib.

Pasportların elektron olacağı qeyd edilir:

“Sistematik qeydiyyat üçün elektron peyvənd pasportu hazırlanıb. Peyvənd qeydiyyatı nazirliyin məlumat sistemində mərkəzləşdirilmiş şəkildə elektron formatda aparılacaq”.

Bildirilir ki, vətəndaşlar elektron peyvənd pasportlarının tətbiqi sayəsində tələb olunan zaman peyvənd barədə məlumatı onlayn şəkildə verə biləcəklər.

Qeyd edək ki, Qazaxıstanda fevralın 1-dən Rusyanın “Sputnik V” peyvəndi ilə kütləvi vaksinasiya başlayır. İlk mərhələdə 100 min insan peyvənd ediləcək.

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

20 Yanvar şəhidlərinin ailələrinin və əlilliyi olanların ictimai birliklərinin rəhbərləri ilə işçi görüş olub

SONRAKI XƏBƏR

"OPEC+" ölkələrinin qlobal neft bazarında payı son beş ildə 6 faiz bəndi azalıb