Belarusda vaksinasiyaya start verilir

Belarusda vaksinasiyaya start verilir

Belarusda koronavirusa qarşı vaksinasiya prosesinə start verilir.

Bu barədə ölkənin səhiyyə nazirliyinin rəsmi “Teleqram” səhifəsində məlumat verilib.

Məlumatda ilkin mərhələdə daha çox risk altında olan səhiyyə işçilərinin peyvənd olunacağı bildirilir. Qeyd olunur ki, artıq tibb müəssisələri lazımi miqdarda “Sputnik V” vaksini ilə təmin edilib.

Paytaxt Minskdə 2 285, Brest bölgəsində 3 460, Vitebskdə 3 260, Homelskdə 4 365, Qrodnenskdə 1 735, Moqilyovda 1 610 nəfərin peyvənd olunacağı planlaşdırılır.

Belarusda son sutka ərzində yoluxma sayı 1899 nəfər olub. Xəstələrin ümumi sayı isə 227 360 nəfərə çatıb.

Mənbə: www.oxu.az