Bakı şəhərində tullantıların idarəedilməsi ilə bağlı əksər problemlər həll edilib - Nazirlik

Bakı şəhərində tullantıların idarəedilməsi ilə bağlı əksər problemlər həll edilib - Nazirlik

Bakı şəhərində tullantıların idarəedilməsi ilə bağlı əksər problemlər həll edilib.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

R.Səttarzadə qeyd edib ki, regionlarda bu problem hələ qalmaqda davam edir.
O, bu problemin həlli üçün strategiya təsdiqləndiyini də nəzərə çatdırıb:

“ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər”.

Mənbə: az.trend.az