Bakıda COVID-19 testi mağazalarda satılır? - AÇIQLAMA

Bakıda COVID-19 testi mağazalarda satılır? - AÇIQLAMA

Mağazalarda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı testlər satılır.
Bu barədə foto sosial şəbəkələrdə yayılıb.

“Hörmətli müştərilər satışda satışda COVID-19 testi var. Qiyməti 30 manat”, – deyə qeyd edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, ekspress testlərdən bütün dünyada istifadə olunur:

“Həmin testin dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir”.

Qurumdan qeyd edilib ki, ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağa qoyulmayıb:

“Bu, hər kəsin şəxsi istəyi ilə bağlıdır. Məlumat üçün bildirək ki, ümumilikdə hər hansı dərman vasitəsinin və bu cür testlərin ölkəmizə gətirilməsi Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyinin (TƏBİB) səlahiyətində deyil”.

İlhamə Əbülfət

Mənbə: www.oxu.az