Azərbaycanın bölgələrində də COVID-19 əleyhinə vaksinasiyaya başlanıldı

Azərbaycanın bölgələrində də COVID-19 əleyhinə vaksinasiyaya başlanıldı

Respublikanın bütün şəhər və rayonlarında COVID-19 qarşı vaksinasiyaya başlanılıb.

APA-nın məlumatına görə, vaksinasiya prosesi xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında həyata keçirilir.

Peyvəndlərin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19-a əleyhinə vaksinasiyaya başlanılıb. Vaksinasiyanın ikinci mərhələsinə fevralın 1-dən başlanacaq.

Vaksinasiyada Çinin “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksinindən istifadə olunur.

 

Mənbə: apa.az