Qırğızıstanın paytaxtında məktəblər açıldı

Qırğızıstanın paytaxtında məktəblər açıldı

Qırğızıstanın paytaxtı Bişkekdə keçən ilin mart ayından ara verilən əyani təhsil bu gündən qismən bərpa edilib.

“Anadolu” agentliyi bu barədə Bişkek Meriyasının açıqlamasına istinadən məlumat yayıb.

Ölkədə epidemioloji vəziyyətin sabitləşdiyi qeyd edilir.

Bildirilir ki, Bişkekdə 1, 5, 9 və 11-ci siniflərin əyani təhsilə keçməsinə icazə verilib.

Buna görə bu gün məktəblərdə təxminən 53 min şagird dərslərə qatılıb.

Şagirdlər istilikləri ölçülərək dərslərə buraxılıblar. Oturacaqlar ara məsafəsi ilə düzülüb.

Qeyd edilir ki, ölkə daxilində əyani təlim prosesi qismən noyabr ayında başlayıb.

Mənbə: www.oxu.az