Xaçmazda Şəhidlər xiyabanı təmir olunub - VİDEO

Xaçmaz şəhərindəki Şəhidlər xiyabanı əsaslı şəkildə təmir olunub. Xiyabanın təmirinə ötən ilin aprel ayında başlanılıb.

Yenidən qurulan Şəhidlər Xiyabanında 276 şəhidin xatirəsi əbədiləşdirilib. Onlardan 48-i Vətən Müharibəsində qəhrəmancasına həlak olanlardır.

Yenidənqurma işləri çərçivəsində xiyabanda 17 metr hündürlüyündə “Əbədi məşəl” abidə-kompleksi inşa olunub. Xatirə kompleksinin qarşısında Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü qoyulub.

Xiyabanda aparılan təmir-bərpa işləri, şəhid ailələrini də çox sevindirib. Onlar bu xəbəri eşidəndən həm kövrəldiklərini, həm də sevindiklərini bildirib.

Qeyd edək ki, ölkəmizin azadlığı və torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə bu günə qədər Xaçmaz rayonundan 276 nəfər şəhidlik zirvəsinə yüksəlib.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Ekspert: “Bədən tərbiyəsi, musiqi, dünya bilikləri fənlərinin tədrisini müvəqqəti məhdudlaşdırmaq lazımdır”

SONRAKI XƏBƏR

Azərbaycanın məhəbbət simvolu: İlham və Fərizə - “İlahi sevgi” / VİDEO