“30 ildir İlhamı yanımda axtarıram, amma ...”

“Burda fərqli bir şey odur ki, mən şəxsən 20 Yanvarı həm hüzünlə, həm də sevinclə qarşılayıram. Çünki bizim müzəffər ordumuzun qələbəsi sınmış qürurumuzu bərpa etdi”

Bunu Moderator.az-a açıqlamasında şəhid İlham Allahverdiyevin qardaşı (İlham və Fərizə) Elxan Allahverdiyev deyib. Şəhid qardaşı şəhidlərimizin qanı bahasına müstəqilliyimizin bərpa edildiyini bildirib:

“Dekabrın 1-də İlham və Fərizənin məzarı başına gedib onlara dedim ki, şükür Allaha qələbə çaldıq, qanınız yerdə qalmadı. İndi də yoldayam, Şəhidlər Xiyabanına gedirəm və yenə onlarla dərdləşəcəm. Düzdü, 30 ildi bu hadisə baş verib, 150 şəhidimizin qanı bahasına dövlətimizin müstəqilliyi bərpa olub. Şükür Allaha bu daimi olacaq. Burda fərqli bir şey odur ki, mən şəxsən 20 Yanvarı həm hüzünlə, həm də sevinclə qarşılayıram. Çünki bizim müzəffər ordumuzun qələbəsi sınmış qürurumuzu bərpa etdi.

Bu son illər ərazində mən anamı, Fərizə isə ata-anasını itirdi. Çünki analarımız onları daha çox təbliğ etməyə çalışırdılar. İtkilər də təbiidir, həyat davam edir. Allaha and olsun ki, 31 ildir İlhamı yanımda axtarıram, amma tapmıram. Yanım boşdu. Mənə təsəlli verən Vətən müharibəsində əldə etdiyimiz qələbə oldu. Xocalının qanı alındı, torpaqlarımız işğaldan azad edildi. Təbii ki, bunlar asan başa gəlməyib. Ali Baş Komandanın rəhbərliyi altında bizim qəhrəman oğullarımız torpaqları işğaldan azad etdi. Şəhidlərimizin hamısı birdir, onlar arasında fərq yoxdur. Hamısı bir-birinə bənzəyir, sanki üzlərindən nur yağır.

Məni təəssüfləndirən o oldu ki, Fərizənin atdığı bu addımı Vətən müharibəsində nişanlısı şəhid olan Tərtərin Sarıcalı kəndində yaşayan bir qız balamız da atdı. Bəzən deyirlər ki, onlar intihar etdikləri üçün şəhid deyillər. Amma bunu deyən adamlar çox yanılır. O qadınlarımız sədaqət rəmzidir. Vətən belə hadisələrə görə qalib olur. Bu gün biz qalib ölkəyik. Mən yeni şəhid olan oğullarımızın torpağına, atalarına-analarına, yaxınlarına qurban olum. Səbirli olsunlar. Bu şərəfli bir yoldur, 30 ildir bu hissləri mən yaşayıram. Əsas odur ki, qürurumuz, namusumuz, qeyrətimiz bərpa edildi”.

Nuh.az

ƏVVƏLKİ XƏBƏR

92 yaşlı tanınmış siyasətçi gizli nikah mərasimi keçirib

SONRAKI XƏBƏR

Dünyanın ən “ağıllı” maskası su keçirməyəcək - VİDEO