Qələbəyə aparan yolun bünövrəsini qoyan şəhidlərimiz - FOTOREPORTAJ

Qələbəyə aparan yolun bünövrəsini qoyan şəhidlərimiz -  FOTOREPORTAJ

1990-cı ilin 20 yanvar günü Azərbaycan xalqının yaddaşına qan ilə yazıldı.

Ağlaşma səsləri, paramparça olmuş meyitlər, tankların altında qalan insanlar, avtomobillər…

Hər il olduğu kimi bu il də balacadan böyüyə hər kəs şəhidlərini anmağa tələsirdi. Şəhidlərimizin uyuduğu xiyaban bu il qürurla anıldı.

1990-cı ilin yanvarında kədər, hüznlə başlayan yol 2020-ci ilin noyabrında zəfərlə nəticələndi. Azərbaycan əzəli topraqlarına yenidən qovuşdu. Qan ilə itirilmiş torpaqlar yenidən qan ilə qazanıldı.

Oxu.Az Şəhidlər Xiyabanındakı hüznü kameranın yaddaşına köçürüb.

Fotoları təqdim edirik:

FOTO: Ramil Yunus

Mənbə: www.oxu.az