Cəlilabadda koronavirusa qarşı peyvəndləmə başlayıb

Cəlilabadda koronavirusa qarşı peyvəndləmə başlayıb

Cəlilabad rayonunda koronavirusa qarşı peyvəndləmə başlayıb.

Unikal.org Report-a istinadən xəbər verir ki, ilk olaraq tibb işçiləri peyvənd olunublar.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanova və digər əməkdaşlarına COVID-19 əleyhinə peyvənd vurulub.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiyaya start verilib.

Mənbə: www.unikal.org