Zəngəzurda minaya düşən erməni kapitan ayağını itirdi

Zəngəzurda minaya düşən erməni kapitan ayağını itirdi

Yanvarın 19-da Zəngəzurda (Sünik) minaya düşən ermənilərlə bağlı yeni məlumatlar yayılıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Qafan tibb mərkəzinə yerləşdirilən minaya düşənlərdən birinin ayağı dizdən aşağı amputasiya olunub.

Tibb mərkəzinin əməkdaşı Ovannes Aslanyanın sözlərinə görə, dünən əməliyyat olunan pasient artıq şok vəziyyətindən çıxıb, ancaq vəziyyəti stabil, orta ağırdır. Digər yaralının durumu isə nisbətən normaldır.

Bildirilir ki, hadisə yanvarın 19-da, saat 12.20-də Zəngəzurda baş verib. Fövqəladə Hallar Xidmətinin əməkdaşları Qarabağ döyüşlərində itkin düşənlərin meyitlərini axtaran zaman erməni hərbçilərin vaxtilə basdırdıqları minalara hədəf olublar.

Nəticədə kapitan Artyom İqnateviç Şahnazaryan və gizir Aram Sergeyeviç Navasardyan yaralanıb. Onlara Mehridə ilkin tibbi yardım göstəriləndən sonra Qafana aparıblar.

Mənbə: pia.az