Avropa İttifaqı "COVID-19" və peyvənd barədə iclas keçirəcək

Avropa İttifaqı "COVID-19" və peyvənd barədə iclas keçirəcək

Eastnews.org-un verdiyi xəbərə görə, sabah axşam keçiriləcək Avropa İttifaqı (Aİ) liderlərinin iclasında üzv ölkələr tərəfindən görülən tədbirlərin koordinasiyası, aşkar edilmiş yeni koronavirus növlərinə (COVID-19) qarşı tədbirlər, sınaq və təqib strategiyaları müzakirə ediləcək.

Bununla birlikdə, iclasın əsas mövzusunun "COVID-19" əleyhinə hazırlanan peyvəndlərin istehsalı, paylanması və peryvəndləmə prosesləri olması gözlənilir.

Bu günə qədər Aİ-də təsdiqlənmiş "BioNTech" və "Pfizer" ilə "Moderna" tərəfindən hazırlanan peyvəndlər 2020-ci ilin dekabrından bəri ictimaiyyətin istifadəsinə verilib. "AstraZeneca" və Oksford Universiteti tərəfindən hazırlanan peyvəndin təsdiqinin isə yanvar ayının sonunda olması gözlənilir.

Xatırladaq ki, "BioNTech" və "Pfizer" ilə "Moderna" peyvəndlərini qəbul edənlər arasında bir çox əks-reaksiya və ölüm halları müşahidə olunmuşdu.

Mənbə: eastnews.org