Şamaxının şimal dağlıq ərazilərində qarın hündürlüyü 15-17 santimetrə çatıb

Yanvarın 19-dan başlayaraq Şamaxı rayonuna qar yağmaqda davam edir.

Open.az xəbər verir ki, qarın hündürlüyü Şamaxı şəhərində 15-17, şimal dağlıq ərazilərdə, o cümlədən Avaxıl və Dəmirçi kəndlərində 27-30 santimetrə çatıb.

Qarın yağması rayonda elə ciddi çətinlik yaratmayıb. Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təchizatında ciddi problem yoxdur. Şəhərdə və bütün yaşayış məntəqələrində vəziyyət nəzarətdə saxlanılır. Hazırda avtomobil yollarının qardan təmizlənməsi istiqamətində tədbirlər görülür. (AzərTac)

Open.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyan daha bir nazir müavini işdən çıxardı

SONRAKI XƏBƏR

“Qəhrəmanın adını əbədiləşdirmək onu da, göstərdiyi qəhrəmanlığı da yaşatmaq deməkdir”