Müharibədə başı qopmuş əsgərlər GÖRDÜM- VİDEO

Müharibədə başı qopmuş əsgərlər GÖRDÜM- VİDEO

44 günlük Vətən müharibəsində iştirak edən həkim döyüşlərdən danışıb.

Sonxeber.az xəbər verir ki, ixtisasca həkim-ginekoloq olan, Vətən müharibəsində isə, ehtiyatda olan tibb xidməti baş leytenantı kimi iştirak edən Rəşad Sultan "Mənə deyirdilər ginekoloqsan orda nə işin var? Şans yarandı ki, kişi kimi öz vəzifəmi yerinə yetirdim. 101 gün müharibə gedən bölgədə olduq.

Müharibə başlayanda hərbi səfərbərliklə ordu sıralarına çağırıldım. Həkim kimi hərbi xidmətdə oldum və baş leytenant rütbəsinə qədər yüksəldim. Müharibədə başı qopmuş, darmadğın olmuş, bədəninin ayrı- ayrı hissələri parçalanmış, daxili orqanları, bağırsaqları, əli-ayağı bir tərəfə düşmüş meyitlər gördüm. Əynimizdə zirehli geyim, başımızda dəbilqə xərəkdə, maşında yardım etməli olurduq.

Mən inanırdım ki, bizim istədiyimiz olacaq, Azərbaycan qalib olacaq. Hamı inanırdı ki, diktə edən tərəf biz olacağıq".

Şəlalə Babayev

Mənbə: sonxeber.az