Nəticə açıqlandı: Peyvənd yeni ştamma da təsir edir

Nəticə açıqlandı: Peyvənd yeni ştamma da təsir edir

2 milyon insanın həyatına son qoyan koronavirus infeksiyası tam yox olmamış İngiltərədə virusun yeni mutasiyaya uğrayan növünün COVİD-dən daha sürətli yayıldığı bildirilmişdi.

Cebhe.info xəbər verir ki, “Pfizer” və “BioNTech” şirkətinin hazırladığı peyvənd meydana gəlmiş koronavirusun yeni mutasiyasına da təsir edəcək.

Yeni növ virusa yoluxmuş 10 nəfər üzərində aparılan araşdırmada məlum olub ki, hər iki vaksin “N501Y” və “B117” olaraq adlandırılan viruslar üzərində müsbət nəticə göstərib.

Digər tərəfdən isə bir neçə həftə öncə meydana çıxmış yeni ştammın artıq artıq 60-dan çox ölkədə yayıldığı açıqlanıb.

Mənbə: cebhe.info