20 Yanvar şahidlərin gözü ilə - VİDEO

20 Yanvar şahidlərin gözü ilə - VİDEO

Jurnalist Aydın Canıyev 20 Yanvar hadisəsinin canlışahidlərindən biridir. Həmin dövrlərdə nəşr olunan “Kommunist” qəzetində çalışırdı və buraxılışa məsul şəxslərdən biri idi. Deyir ki, yanvarın 19-da qəzet çapa hazırlansa da, bunu reallaşdırmaq mümkün olmadı. Komendant saatı, qarışıq vəziyyət qəzetin nəşrinə mane olur.

Aydın Canıyevin sözlərinə görə, junalist Məzahir Süleymanzadənin rəhbərliyi ilə anidən yeni bir qəzet nəşr etmək iddiasında olurlar. Çətinliklə də olsa çap olunan “Səhər” qəzetində baş verən hadisələr bütünlüklə işıqlandırılır.

O dövrlərün tələbəlik illərinə təsadüf etdiyini deyən jurnalist Aydın Canıyev tələbə yoldaşları ilə birlikdə küçələrə çıxıb hadisələrə şahidlik edirlər. Hətta qorxmadan, çəkinmədən tankların ın qarşısına keçirlər.

20 Yanvar hadisəsi xalqımızın iradəsini sarsılmazlığını nümayiş etdirən tarix oldu. Bu hadisə Azərbaycanın milli kimliyinin formalaşmasında həlledici rol oynadı.

Mənbə: www.realtv.az