Fransada tələbələr etiraza qalxdı-SƏBƏB

Fransada tələbələr etiraza qalxdı-SƏBƏB

Fransada bir qrup tələbə Covid-19 səbəbilə qoyulan qadağalara etiraz edib.

Cebhe.info xəbər verir ki, tələbələr hər yerin bağlı olmasına, küçəyə çıxmağa olan qadağalara artıq son verilməsini tələb ediblər.

Universitet psixoloqlarına görə, sosial təcrid, hərəkətsizlik bir çox tələbədə mənəvi və psixoloji problemlər ortaya çıxarıb. Son günlərdə isə daxil olan müraciətlərin sayındakı artım həkimləri də narahat etməyə başlayıb. Hətta son 2 həftə ərzində 2 tələbə intihara cəhd göstərib.

Tələbələr isə bu etiraz aksiyalarının müxtəlif şəhərlərdə davam edəcəyini bildiriblər.

Mənbə: cebhe.info