Gəncədə 20 Yanvar qurbanları anılıb - VİDEO

Gəncədə 20 Yanvar qurbanları anılıb - VİDEO

Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. Anım mərasimi ölkədə tədbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun şəkildə keçirilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak ediblər.

Əvvəlcə Şəhidlər Xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə" inşa edilmiş və üzərində 100-ə yaxın şəxsin adı qeyd edilmiş lövhənin önünə güllər düzülüb.

Daha sonra şəhər rəhbəri Niyazi Bayramov Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramını ifadə edib. Abidə digər mərasim iştirakçıları tərəfindən də ziyarət olunub.

 

Mənbə: www.realtv.az