Hemoqlobin nədir? - Azalmasının insana TƏSİRLƏRİ

Hemoqlobin – orqanizmə dəmiri daşıyan qırmızı qan hüceyrələrinin zülalıdır. O, özündə oksigeni saxlayır və bütün orqanlara daşıyır. Hemoqlobinin normadan aşağı olması bir çox səbəb və xəstəliklərdən qaynaqlanır.

"Medicina.az" hemoqlobinin orqanizmdə rolunun nədən ibarət olduğunu təqdim edir:

Hemoqlobinin əsas funksiyası tənəffüs, nəfəslə bağlıdır. O az olduqda hipoksiya, yəni ağciyər, ürək, beyinin oksigen aclığı yaşanır. İstənilən xəstəlikdə birinci hemoqlobin yoxlanılır.

Əgər sizdə bu simptomlar varsa, mütləq hematoloq və ya terapevtə müraciət edin:

- Əhval ruhiyyənin olmaması, apatiya
- Tez-tez baş ağrıları
- Yuxusuzluq
- Yaddaş zəifləməsi
- Dərinin ağarması, bənizin avazıması
- Əl-ayaqda soyuqluq
- Bədəndə göyərmələr
- Yaraların gec sağalması
- Tez-tez sidiyə getmə
- Ağızda quruluq
- Daim susuzluq

Hemoqlobin norması kişilər üçün 130 q, qadınlarda 120 q minimum olmalıdır.

Hemoqlobinin yüksəlməsi

Yüksək hemoqlobin adətən eritrositlərin də yüksəlməsi ilə gedir. Yüksəlmənin səbəbləri ciddi xəstəliklər ola bilər:

- Anadangəlmə ürək qüsurları
- Bədəndə susuzluq
- İshal
- Böyrək xəstəlikləri
- Ağciyər xəstəlikləri
- Bəzi şişlər

Çox siqaret çəkənlərdə də yüksələ bilər.

Hemoqlobinin yüksəlməsinin əlamətləri:

- Baş ağrıları, göyərmələr, tərləmə, çəki itkisi, gözlərin saralması, oynaqların şişməsi

Hemoqlobinin azalmasının səbəbləri:

- Sümük iliyi xəstəliyi, qan xərçəngi, leykemiya, limfoma, anemiya
- Böyrək çatışmazlığı
- Uşaqlıqda mioma, fibrioma, qanaxmalar
- Anemiya, talassemiya, C6 fermenti defisiti, irsi genetik xəstəliklər

Hemoqlibin çox aşağı düşdükdə dəri, gözlər saralır, dəri ağarır, təngnəfəslik, ürək döyünmə, ayaqların şişməsi olur.

Hemoqlobini necə artırmalı?

Həkimin təyinatı ilə hemoqlobin və dəmir preparatları yazılır. Analizlərdə ciddi azalma varsa, özbaşına, meyvə, tərəvəz qida ilə onu qaldırmağa çalışmayın.

Hansı qidalar əlavə olaraq yeyilə bilər:

- Mal qaraciyəri
- Mal əti
- Brokkoli
- İspanaq
- Kələm
- Mərci, lobya
- Çuğundur

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

"ABŞ-ın hekayəsi fərdə bağlı deyil, bu hamımızın hekayəsidir" - Co Bayden

SONRAKI XƏBƏR

“Atalanta” səfərdə xal itirib