Narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə cəmiyyətin bütün təbəqələri fəal iştirak etməlidirlər

Narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə cəmiyyətin bütün təbəqələri fəal iştirak etməlidirlər

Yardımlı, 12 iyun, Bağır Əliyev, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin, Yardımlı Rayon Polis Şöbəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Yardımlıda “Gənclər arasında dini radikalizm və narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin, Rayon Polis Şöbəsinin, Təhsil Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri, məktəblilər və gənclər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maarifləndirmə tədbirində çıxış edən Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə cəmiyyətdə dini radikalizmin və narkomaniyanın törətdiyi fəsadlardan danışıb.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli çıxışında vurğulayıb ki, Yaxın Şərqdə gedən müharibələrdə müsəlmanlar əziyyət çəkirlər. O, gəncləri radikal dini qruplardan uzaq olmağa, Vətənini, dinini sevməyə çağırıb.

Yardımlı Rayon Polis Şöbəsinin rəisi Arif Babayev çıxışında bildirib ki, bu gün bəşəriyyəti düşündürən, narahat edən ən ağrılı problemlərdən biri cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyadır. O, bu bəlaya qarşı ciddi addımların atılmasının, təbliğat işlərinin artırılmasının vacibliyini diqqətə çatdırıb.

SHXÇDX-nin rayon şöbəsinin rəisi Rusif Babayev bəşəriyyət üçün faciəyəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin fəal olmasının əhəmiyyətini vurğulayıb.

Digər çıxış edənlər mövzu ilə bağlı təkliflərini bildiriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mənbə: azertag.az