İngiltərədə karantin zamanı yoluxanların sayı kəskin artdı

İngiltərədə karantin zamanı yoluxanların sayı kəskin artdı

İngiltərədə dekabrın əvvəlindən tətbiq edilən sərt karantin rejimi zamanı yoluxma sayı 50 faiz artıb.

Cebhe.info xəbər verir ki, bu barədə London İmperial Kollecinin mütəxəssisləri araşdırma aparıb. 143 min nəfər üzərində aparılan PCR testlərinin nəticələrinə görə, virus daşıyıcılarının sayı dekabrda 0,91 faiz olduğu halda, yanvar ayında 1,58 faizə yüksəlib.

Tədqiqatçılar bunu insanların Yeni il ərəfəsində daha çox səyahət etmələri ilə əlaqələndirirlər.

Naibə
 

Mənbə: cebhe.info