Distant təhsilin zərərləri - VİDEO

Distant təhsilin zərərləri - VİDEO

Yanvarın 22-si Təhsil Nazirliyinin keçirəcəyi brifinqdə məktəblərin açılıb-açılmayacağı bəlli olacaq.

Distant təhsil tibbi cəhətdən təhlükəsiz olsa da, özü ilə yeni problemlemləri də gətirmiş oldu. Uşaqları koronavirusdan qoruyaraq, digər xəstəliklərə düçar olmaqlarına zəmin yaratmış olduq. Onların etiraz səsləri o qədər də ciddi qəbul edilmədi. Onlayn dərslər zamanı baş verən anlaşılmazlıqlar, gülməli, ağlamalı videolar sosial şəbəkələrdə hələ də dolaşır.

Artıq iş o yerə çatıb ki, valideynlər uaqların etirazını səsləndirmək məcburiyyətində olduqlarını bildirdilər.

Ənənəvi təhsilə qayıtmağın vacib olduğunu vurğulayan valideynlər, elə ənənəvi qaydalarla uşaqların daha tez bacarıqlara yiyələndiklərini bildirdilər. Hər nə qədər müəllimlər kiçik yaşlı uşaqlarla xoş, mehriban danışsalar da, onlardan gələn bu isti münasibəti soyudan kompyuterlər artıq uşaqların kabusuna çevrilib. İki azyaşlı övladını bu soyuq təhsil üsuluna öyrəşdirməyə çalışan valideyn Səbinə Ağayeva da ənənəvi təhsilin tərəfdarıdır.

Mövzunu daha dərindən araşdırdıq. Pediatr Günay Rəsulova valideynlərin sadaladıqları problemlərin qaçılmaz olduğunu bildirdi. O düşünür ki, pandemiyadan miras qalan distant təhsilin uşaqlarda yaratdığı travmaların qarşısı alınmazsa olduqca ciddi xəstəliklərin əsası qoyula bilər.

Psixoloq Səlçuk Demirtaş isə hesab edir ki,karantin dövründə uşaqların evdə qalması, yetəri qədər hərəkət etməmələri də dərslərə təsir edir.

Təhsil müəssisələrinin distant üsulla çalışması qərarı sağlamlıq üçün atılan addım idi. Zaman göstərdi ki, qaş düzəltmək istəyərkən az qalsın gözdən də olacaqdıq. İndi bütün gözlər Təhsil Nazirliyinin brifinqinə dikilib. Hər kəs ənənəvi təhsilə keçidin müjdəsini gözləyir. Bu qərarın qəbul edilib-edilməyəcəyini öncədən deyə bilməsəm də, brifinqin Real TV də canlı yayımlanacağınından əmin ola bilərsiniz.

 

Mənbə: www.realtv.az