ABŞ ÜST-ün Qlobal COVID-19 Peyvənd Təşəbbüsünə qoşulur

ABŞ ÜST-ün Qlobal COVID-19 Peyvənd Təşəbbüsünə qoşulur

ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi ölkəsinin COVID-19 peyvəndinin yoxsul ölkələrə paylanması təşəbbüsündə iştirak edəcəyini bildirib.

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri, ABŞ-ın yeni prezidenti Co Baydenin səhiyyə üzrə baş məsləhətçisi doktor Entoni Fauçi cümə axşamı keçirilən video-konfrans zamanı Ümumdünya Səhiyyə

O, təşkilatının icraçı heyətinə ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatının rəhbərlik etdiyi beynəlxalq Vaccines Global Access Facility (COVAX), Epidemiyalara hazırlıq və İnnovasiyalar və Gavi, habelə Bill və Melinda Geytlər (yoxsul ölkələrdə uşaqların vaskinasiyasını nəzərdə tutan) tərəfindən təsis edilən Vaksin Alyansına qoşulacağını bildirib.

Fauçi eləcə də ABŞ-ın BMT-nin Səhiyyə Agentliyi qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirəcəyini və bundan əvvəlki kadr öhdəliklərini qoruyacağını deyib. O, bunları Bayden vəzifəyə gəldiyi ilk gün Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrini bərpasına göstəriş verməsindən bir gün sonra deyib.

Baydenin sələfi Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu ilin sonunda Uhan şəhərində aşkarlanan koronavirusun ölçüsünü ört-basdır etməklə Çinə yardımda günahlandıraraq, keçən may ayında ABŞ-ı təşkilatdan çıxarmışdı.

"Bu, ÜST və qlobal sağlamlıq üçün yaxşı bir gündür" - deyə, qlobal təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Reuters xəbər agentliyinin bildirdiyinə görə, COVAX 2021-ci ildə yoxsul ölkələrə 1.8 milyard dozada COVID-19 peyvəndi çatdırmağı, ilin ikinci yarısında isə zəngin ölkələrə çatdırmağı planlaşdırdığını elan edib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, COVID-19-a 96,9 milyondan çox təsdiqlənmiş yoluxma, 2 milyondan çox ölüm halı qeydə alınan dünya pandemiyanın qarşısını almaq üçün milyardlarla dozada peyvənd istehsal edilməlidir. 24.4 milyon yoluxma, 406 147 ölüm olmaqla, hər iki kateqoriyada ABŞ dünyaya liderlik edir.

Mənbə: www.amerikaninsesi.org