Balakəndə terrorla mübarizə ilə bağlı konfrans keçiriləcək

Balakəndə terrorla mübarizə ilə bağlı konfrans keçiriləcək

Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (DTX BATM) təşkilatçılığı ilə Balakən rayonunda “Müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr” və “Terrorçuluqla mübarizədə ictimaiyyətin rolu” mövzularında elmi-praktiki konfrans keçiriləcəkdir.

Publika.az xəbər verir ki, konfrans iyunun 13-də saat 15:30-da Balakən rayon Mədəniyyət Mərkəzində başlayacaq.

 

Mənbə: publika.az