Qaradağda uyuyan Qarabağ fatehləri - VİDEO

Qaradağda uyuyan Qarabağ fatehləri - VİDEO

Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Onlar Vətənə Ana, Vətən isə onlara oğul dedi.

Qaradağda uyuyan Qarabağ fatehləri. Məzar daşından boylanan gözlərə baxdıqda onların necə gülümsədiyini, xoşbəxt olduqlarını hiss etmək şəxsən mənim üçün çətin deyil. Çünki onlar həmdə mənim döyüş yoldaşlarım, silahdaşlarımdır.

Qanı qanımdan, canı canımdan, ruhu ruhumdan olan qardaşlarım. İndi burda onların yanında uyumaq üçün kim bilir nələrdən keçərdim. Qardaşlarımla çiyin çiyinə bir torpağı bölüşmək şərəf olardı. Vətən uğrunda ölmək olsaydı qədərim, belə qədərin əllərindən öpərdim. Qaradağda yerləşən ümumşəhər qəbirstanlığının məhz bu hissəsi şəhidlərimiz üçün ayrılıb. Onların uyuduğu bu yerdə şəhidlər xiyabanı salınır.

Uğrunda ölməyəcəyin bayrağın kölgəsinə sığınma. Ya sahib ol, ya uzaqlaş.Onlar şəhidlik institunun yetirmələri olmaqla yanaşı həmdə özləri bir məktəbdir, şəhadət məktəbi.Onlar tarixləşən – istiqlal türbəsidir.

 

Mənbə: www.realtv.az