Mütəxəssis: “Dünyada koronavirusa təkrar yoluxma hadisəsi 30-dan çox deyil”

Mütəxəssis: “Dünyada koronavirusa təkrar yoluxma hadisəsi 30-dan çox deyil”

“Dünyada koronavirusa təkrar yoluxma hadisəsi 30-dan çox deyil”.

APA-nın məlumatına görə, bu barədə “Rospotrebnadzor”un Mərkəzi Epidemioloji-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qorelov “Doktor TV” kanalına açıqlamasında bildirib.

A.Qorelov qeyd edib ki, onlardan bir nəfəri dünyasını dəyişib: “Təkrar koronavirusa yoluxanlardan ölən şəxsin yaşı 80-dən yuxarıdır. O, eyni zamanda xərçəngdən əziyyət çəkirdi”.

Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri dünyada, təxminən, 97,5 milyon insan koronavirusa yoluxub, 2 milyondan çox ölüm qeydə alınıb.

Mənbə: apa.az