Avtobuslarında gedişhaqqı bahalaşdı - VİDEO

Avtobuslarında gedişhaqqı bahalaşdı - VİDEO

Sumqayıtdan Bakıya qeyri qanuni sərnişin daşıyan mikroavtobuslarda qiymət artımı müşahidə edilir. Sərnişinlər iddia edir ki, əvvəl 60 qəpiyə getdikləri yol üçün indi 80 qəpik ödəyirlər. Avtovağzaldan kənarda, qeyri-qanuni sərnişin daşıyan mikroavtobus sürücüləri bunu yanacağın qiymətinin artması ilə əlaqələndirirlər. Avtovağzalda isə qiymət artımı müşahidə edilməyib. Sərnişinlər 50 qəpik ödəməklə gedib gəlirlər.

Problemin həllində aidiyyatı qurumlarla bərabər sərnişinlər də iştirak edə bilərlər.

KONKRET.az xəbər verir ki, Dövlət Avtomobili Nəqliyyat Xidməti bunun üçün yalnız qanuni daşıyıcılara müraciət etməyi məsləhət görür.

Qiymət artımı ilə bağlı açıqlama verən Dövlət Avtomobili Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi ki, benzin və dizelin qiymətinin qalxmasından sonra marşurutlarda heç bir qiymət artımı olmayıb. Bunu qeyri-qanuni sərnişin daşıyanlar edə bilər ki, bu məslə də qurumun səlahiyyətlərindən kənardadır…

Sərnişinlərə tövsiyyə olunur ki, pullarına qənat etmək üçün avtovağzaldan istifadə etsinlər.

Mənbə: konkret.az