Qənirə Paşayeva şəhid gizir Ceyhun Abbasovun ailəsini ziyarət edib

Qənirə Paşayeva şəhid gizir Ceyhun Abbasovun ailəsini ziyarət edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid gizir Ceyhun Abbasovun dəfn olunmasının 40-cı günündə, şəhidin mənəvi atası Namiq Abbasovun evini ziyarət edib, qəhrəman şəhidin ailə üzvlərinə, doğmalarına bir daha baş sağlığı verib, ürək sözlərini bölüşüb.

Əfsanəvi snayper, 2016-cı il Aprel, 2020-ci il İyul döyüslərinin fədakar iştirakçısı, 29 oktyabrda Kəlbəcərdə şəhid olmuş gizirin timsalında Vətən Müharibəsinin bütün şəhidlərinin ruhuna ehtiramını bildirən

Komitə sədri, şəhidimizin ailəsinin xalqımız, dövlətimiz tərəfindən hər zaman əziz tutulacağını deyib.

Ziyarətdə “Yeni Müsavat” Media Qrupunun Baş redaktoru, Əməkdar jurnalist Rauf Arifoğlu, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB sədri Arzu Bağırova iştirak edib.

Vətən sağ olsun!

Mənbə: turkustan.info