Virusdan ölüm halı rekord həddə çatıb

Virusdan ölüm halı rekord həddə çatıb

Portuqaliyada gün ərzində koronavirusdan ölüm halı yeni rekord həddə - 234 nəfərə çatıb. Xüsusilə, paytaxt Lissabonda infeksiya reytinqi ilə bağlı vəziyyət ağır olaraq qalır.

Rəsmilər səhiyyə sisteminin həddən artıq yükləndiyinə dair xəbərdarlıq ediblər.

“Artıq 1 ildir ki, pandemiya şəraitindəyik. Lakin indiki dövr pandemiyanın həlledici mərhələsidir. Heç kim pandemiyanın yaratdığı psixoloji təzyiqi, mənəvi iztirabları həkimlər qədər hiss edə bilməz. Hər gün onlarla xəstənin təcili tibbi yardım avtomobillərində xəstəxanaya gətirildiyini görmək kədərlidir. Yoluxma halları yüksək həddə olmağa davam edərsə, milli səhiyyə sistemi çökəcək” – deyə Santa Mariya xəstəxanasının rəhbəri Anabela Oliveyra bildirib.

Qeyd edək ki, Portuqaliyada, ümumilikdə, 609 mindən çox insan virusa yoluxub. Virusdan 9 920 nəfər ölüb, 441 mindən çox insan sağalıb. 157 mindən çox aktiv virus daşıyıcısından 715-i intensiv qayğı altındadır.

Mənbə: www.realtv.az