“AstraZeneca” vaksinləri təhvil alınıb

“AstraZeneca” vaksinləri təhvil alınıb

Braziliya koronavirusa qarşı “Oxford/AstraZeneca” vaksinlərinin 2 milyon doza həcmində olan ilk partiyasını qəbul edib.

Vaksinləri ölkənin səhiyyə rəsmiləri təhvil alıblar. Sözügedən vaksinlər Britaniya məhsullarıdır.

Braziliyanın dövlət əsaslı Fiokruz İnstitutu da bu vaksinləri istehsal etmək və bazara çıxarmaq üçün patentin sahibi ilə müqavilə bağlayıb.

Ölkənin tibb eksepertlər hazırkı doza miqdarının çox az olduğunu bildiriblər.

Qeyd edək ki, Braziliya daha əvvəl Çinin “Sinovac” vaksinlərini də əldə edib.

Braziliyada, ümumilikdə, 8.7 milyondan çox insanda koronavirus aşkarlanıb.

Virusa yoluxanlardan 215 299-u vəfat edib, 7.5 milyondan çox insan sağalıb.

Hazırda xəstəxanada müalicə alan 8 318 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Mənbə: www.realtv.az