Cəmi 4 saat vaxtınız var ki, xilas olasız – İnsult zamanı nə etməli?

Cəmi 4 saat vaxtınız var ki, xilas olasız – İnsult zamanı nə etməli?

İnsult – beyin qan dövranı pozulması olub, dünyada ölüm səbəblərindən öndə gəlir.
İnsult olan zaman ilkin müdaxilə, uğurlu müalicə və xəstənin xilası üçün hər dəqiqənin qiyməti var. Əsas ilk 4 saatda lazımi müdaxilənin olunmasıdır.
Çünki beyin nə qədər qan dövransız qalsa, bir o qədər çox sinir hüceyrələri ölür.
İnsultun nəticəsi beynin hansı hissəsinin zədələnməsi və həcmi ilə əlaqəlidir.
İtirilən hər saat xəstənin əleyhinə işləyir.
Nə qədər tez beyin qan dövranı bərpa olunsa, xəstədə bir o qədər əlillik az olacaq.

Ona görə də insultu vaxtında 3 əsas simptomla təyin etməyi hər kəs bilməlidir:
- Ayaqların keyiməsi, tutulması və hissiyatsız olması
- Ağızın assimetrik əyilməsi
- Aydın olmayan nitq, sözlərin tələffüzündə problem

Xüsusi test:
- Gülümsəyin - beyin qan dövranı pozulması zamanı ağız küncü birtərəfli aşağı əyiləcək və siz onu yuxarı qaldıra bilməyəcəksiz
- Hər iki qolunuzu yuxarı qaldırın – insult zamanı qolun biri ixtiyarsız aşağı düşəcək
- Uzun bir cümlə deməyə çalışın - insult zamanı bu alınmır, sözlər aydın olmur.

Nə etməli?
Təcili yardım çağırıb beyin damar invaziv radioloqların olduğu ixtisaslı klinikaya aparılır.
Orda beyin dərhal müayinə edilir, partlayan damar bağlanır və ya tutulan damar invaziv olaraq açılır, qan dövranı bərpa olunur.
Yalnız ondan sonra xəstə reanimasiyaya yerləşdirilir.
Hazırda insult olan xəstənin reanimasiyada yatızdırılıb, sadəcə sistem, dərmanla müalicəsi aktual deyil.
İnsult olan xəstəni çox tərpətmək olmaz, ancaq uzanmalıdır fikri də keçmişdə qalıb.
Əksinə insult keçirmiş beyinə qısa müddətdə müdaxilə olunmalıdır.
Əgər ilk 6 saat itirildisə, bunun bir önəmi qalmır.

Mənbə: www.yeniavaz.com