Şəhid kapitanın qızı dünyaya gəldi, adını ŞUŞA qoydular

Şəhid kapitanın qızı dünyaya gəldi, adını ŞUŞA qoydular

Vətən müharibəsində rəşadətlə döyüşərək şəhid olan kapitan Elçin Ağayevin üçüncü övladı dünyaya gəlib.

Sonxeber.az xəbər verir ki, yeni doğulan qız övladına şəhid Elçinin həsrətində olduğu Şuşa şəhərinin şərəfinə Şuşa adı qoyulub.

1993-cü il təvəlüdlü Elçin Ağayev 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi uğurla başa vurub. O zaman gənc leytenant təyinatını da öz istəyi ilə cəbhə bölgəsinə almışdı.

E.Ağayev Vətən müharibəsində ilk döyüşlərə Tərtərin Talış kəndi istiqamətində qatılmışdı. Düşərgə postuna komandirlik edən kapitan Elçin Ağayev Suqovuşan azad edilənədək şərəfli döyüş yolu keçib. Oktyabrın 6-da Suqovuşanda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
O, düşmənin üzərində tam qələbə çalmağımızı arzulayırdı. Ən böyük arzusu Şuşa idi. Deyirmiş ki, "Şuşaya getməliyəm, oranı görməliyəm".

Elçin Ağayev yeni doğulan qızından daha əvvəl bir oğul və bır qız atası idi.


Mənbə: sonxeber.az