Dönər əti ilə RƏQS şirkətə BAHA BAŞA GƏLDİ - VİDEO

Dönər əti ilə RƏQS şirkətə BAHA BAŞA GƏLDİ - VİDEO

Türkiyədə doğranmış dönər əti ilə oynayan gənclər cəzalandırılıblar.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kırklarelidə sanitar-epidemioloji qaydalara əməl etməyərək, hazırlanan dönər əti ilə oynayan iki işçi cəzalandırılıb.

Belə ki, bir neçə gün öncə sosial şəbəkədə doğranmış dönər əti ilə oynayan işçilərin görüntüləri yayılıb. Həmin video sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub.

Sözügedən dönər şirkəti aşkarlanaraq cərimələnib, haqqında cinayət işi açılıb. Videoda oynayan iki işçi isə maska taxmadıqlarına görə cərimələniblər. Bundan əlavə, şirkətin 100 kiloqram əti müsadirə olunub.

Aysel Yusifqızı

Mənbə: sonxeber.az