Tokio Olimpiadası və Paralimpiya Oyunları ilə bağlı TƏKLİF

Tokio Olimpiadası və Paralimpiya Oyunları ilə bağlı TƏKLİF

Yaponiya hökuməti Tokio Olimpiadası və Paralimpiya Oyunlarını tamaşaçısız keçirmək haqqında düşünür.

Publikaşaz xəbər verir ki, bu barədə “Kyodo” agentliyi hökumətdəki mənbələrinə istinadən bildirib.

Qeyd olunub ki, yarışların başlayacağı tarixədək - 23 iyula qədər ölkədə koronavirus infeksiyasına yoluxma nəzarətə götürülməyəcək. Buna görə də ya tamaşçısız, ya da tamaşaçı tutumunun yarısı qədər insan qəbul edilməsi barədə fikir mübadiləsi aparır.

Xatırladaq ki, Yaponiya olimpiadalardan 90 milyard yen (867 milyon dolar) gəlir əldə etməyi hədəfləyirdi.

Daha öncə 24 iyul-9 avqust 2020-ci ildə keçirilməsi planlaşdırılan Tokio Olimpiadasının 23 iyul-9 avqust 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulub.

Mənbə: publika.az