Hindistanda peyvəndlə bağlı gündəlik rekord qeydə alındı

Hindistanda peyvəndlə bağlı gündəlik rekord qeydə alındı

Hindistanda ötən gün ərzində 347 058 nəfər koronavirusa qarşı peyvənd edilib ki, bu da yanvarın 16-dan başlayan ölkə boyu peyvənd kampaniyasında ən yüksək gündəlik rəqəmdir.

KONKRET.az xəbər verir ki, Səhiyyə və Ailə Rifahı Nazirliyinin saytında yerləşdirilən açıqlamaya görə ilk həftə ərzində ölkədə 1 390 592 nəfər peyvənd olunub. Ötən müddət ərzində orta hesabla gündəlik 198 656 nəfər peyvənd edilirdi. Əhali arasında ilk günlərə nisbətən peyvən olmağa meylin artdığı da qeyd olunur.

Bu ilin iyul ayınadək hökumət 300 milyonadək vətəndaşı peyvənd etməyi hədəfləyir.

Könüllü keçirilən peyvənd kampaniyasının ilk mərhələsində “Astra Zeneca” şirkəti və Oksford Universiteti tərəfindən hazırlanmış “Covishield” və “Bharat Biotech” şirkətinin “Covaxin” dərmanı istifadə olunur. Hər iki dərman Hindistanda istehsal olunur.(report.az)

Mənbə: konkret.az