Doğuşdan, keysəriyyə əməliyyatından nə qədər sonra qan donoru olmaq olar?

Doğuşdan, keysəriyyə əməliyyatından nə qədər sonra qan donoru olmaq olar?

Əgər siz ana olmusunuzsa, normal doğumdan ən azı 6 ay sonra qan donoru ola bilərsiniz.

Milli.Az xəbər verir ki, bu barədə Mərkəzi Qan Bankının məlumatında bildirilir. Məlumata görə, keysəriyyə əməliyyatı ilə ana olanlar isə əməliyyatdan ən az 1 il sonra qan verə bilərlər. Süd verən ana özünü tam olaraq sağlam və qanvermə üçün hazır hesab edirsə göstərilmiş müddətdən sonra qan verə bilər.

Süd verən ana qan verdikdən əvvəl və sonra mütləq bol maye qebul etməli, balanslaşdırılmış şəkildə qidalanmalı, qan verdiyi qolu ilə ağır yük, o cümlədən körpəsini bir neçə saat ərzində qaldırmamalıdır.

Mənbə: news.milli.az