Vaksin olduğu deyilən məhlul koronavirusa yoluxdurur?

Vaksin olduğu deyilən məhlul koronavirusa yoluxdurur?

Koronavirus əleyhinə hazırlanan "sehirli" şərbətdən istifadə edən və onu təsdiqləyən Şri-Lankanın Səhiyyə naziri Pavitra Vanniraççi koronavirusa yoluxub.

Vanniraççi bir müddət əvvəl virusdan qoruğudu iddia edilən "sehirli" şərbətin yararlığını təsdiqləmiş və məhlulun vaksin rolunu oynadığını iddia etmişdi. Dünən isə o, açıqlama verərək koronavirusa yoluxduğunu bildirdi. Nazir həmçinin ölkədə virusa yoluxan ilk yüksək vəzifəli şəxs olduğunu da bildirib.

Qeyd edək ki, vaksin kimi təqdim edilən məhlulun tərkibinin bal və kakosdan ibarət olduğu bildirilir. Şərbəti hazırlayan şəxs onu noyabrda təqdim edib və bu "sehir" vasitəsilə ölkədə koronavirusun bitəcəyini iddia edib.

Maraqlıdır ki, "sehirli" şərbətdən istifadə edən ölkənin başqa bir məmuru da məhz onu qəbul etdikdən sonra koronavirusa yoluxub.///gent.az
 

Mənbə: sonxeber.az