Novruz çərşənbələrinin vaxtı açıqlandı

Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub.

"Report" xəbər verir ki, bu ilin ilk çərşənbəsi fevralın 23-ü, axırıncı çərşənbə isə martın 16-na təsadüf edəcək.

Fevralın 23-də ilk - Su çərşənbəsi, martın 2-də Od, martın 9-da Hava (Yel), martın 16-da isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Qeyd edək ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 13:37-də olacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Porsche Boxster modeli 25 illik yubileyini xüsusi seriya ilə qeyd edir - FOTO

SONRAKI XƏBƏR

Koronavirusun ürəkdə yaratdığı ağırlaşmalar