ABŞ sakini peyvənddən bir neçə saat sonra ölüb

ABŞ-da koronavirusdan peyvənd olunan şəxs bir neçə saat sonra dünyasını dəyişib.

“Report” “Fox News” telekanalına istinadla xəbər verir ki, bu barədə Kaliforniyanın Pleyser dairəsi şerifinin ofisi bildirib.

Hakimiyyət orqanları qeyd ediblər ki, dekabrın sonunda həmin şəxsdə COVID-19 aşkarlanıb. O, dairənin tibb müəssisəsində peyvənd olunmayıb.

Hadisədən dərhal sonra bir neçə agentlik həm yerli, həm də federal səviyyədə ölümün baş verməsi səbəbinin araşdırılması ilə məşğul olmağa başlayıb. Ölümün dəqiq səbəbi istintaqın tamamlanmasına qədər açıqlanmayacaq.

Onun “Moderna” və ya “Pfizer/BioNTech” preparatından peyvənd edildiyi məlum deyil.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Makrona qarşı aksiya: minlərlə insan küçədə...

SONRAKI XƏBƏR

Konor Makqreqor Dastin Poryeyə məğlub oldu