6 telefon 80, 4 balıqçı aləti 20 manata – Hərrac

6 telefon 80, 4 balıqçı aləti 20 manata – Hərrac

Dövlət nəfinə müsadirə edilərək hərraca çıxarılmış əmlakların siyahısı məlum olub.

Axar.az xəbər verir ki, müəyyən səbəblərdən müsadirə edilmiş əmlakların satışı üçün Əmlak Məsələləri Dövlət Komitəsi 25 iyun tarixində hərrac keçirəcək.

Hərraca müxtəlif markalı mobil telefonlar və sintetik tor, avarlar, penoplast və üzmə vasitələri çıxarılıb.

Hərraca təqdim edilən mobil telefonların markası haqqında məlumat verilməyib. Özəlləşdirməyə 6 ədəd mobil telefon təqdim edilib ki, hamısının birgə qiyməti 80 manatdır.

Balıq tutmaq üçün nəzərdə tutulan 4 ədəd ləvazimat cəmi 20 manata, 13 ədəd ləvazimat isə 140 manata satışa təqdim edilib.

Mənbə: axar.az