DOST mərkəzlərinə müraciət edən vətəndaşların sayı açıqlanıb

DOST mərkəzlərinə müraciət edən vətəndaşların sayı açıqlanıb

Bu günə qədər DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərinə müraciət edən vətəndaşların sayı açıqlanıb.

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin mətbuat katibi Şahin Əliyev APA-nın sorğusuna cavabında bildirib ki, bu günə qədər DOST mərkəzlərində 7865 nəfərə xidmət göstərilib.

Onun sözlərinə görə, müraciətlərin çoxu pensiya, təqaüd və müavinətlərlə bağlı olub.

Qeyd edək ki, prezident İlham Əliyevin 2018-ci il avqustun 9-da imzaladığı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST mərkəzlərində il ərzində 100 mindən artıq vətəndaşa “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 126 xidmət göstəriləcək. Xatırladaq ki, mayın 9-da Bakının Yasamal rayonunda DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimi olub.

Mənbə: apa.az