Qənirə Paşayeva Milli Qəhrəman Samir Xasıyevin anası ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva komitədə Milli Qəhrəman Samir Xasıyevin (Silahlı Qüvvələrin leytenantı; 1973-1995) anası Gözəl xanım Xasıyeva ilə görüşüb.

Musavat.com xəbər verir ki, "Samir Xasıyevin, bütün Milli Qəhrəmanlarımızın, Vətən, dövlət uğrunda şəhid olan qardaşlarımızın ruhu şaddır" deyərək, Qəhrəman anasını tarixi zəfər münasibəti ilə təbrik edib.
Komitə sədri Milli Qəhrəman haqqında vaxtı ilə çəkilmiş filmin tamaşaçılar tərəfindən maraq və sevgi ilə qarşılandığını xatırladaraq, onun haqqında kitab yazılması təşəbbüsü ilə çıxış edib.
Milli Qəhrəmanın anası səmimi görüş və 21 yaşında həlak olmuş oğlu haqqında kitab yazılması təşəbbüsünə görə Q.Paşayevaya təşəkkür edib.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Uşağın yanına gələn RUH KAMERAYA DÜŞDÜ

SONRAKI XƏBƏR

Bu tarixdə normal həyata qayıda bilərik - Doktor Fauçi