2026-cı ilin ilk 6 ayı ərzində 4 saylı cəzaçəkmə müəssisəsində 1 doğum qeydə alınıb.
Bu barədə modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, 2025-ci ildə isə həmin müəssisədə 6 doğum qeydə alınıb.
Beləliklə, 2025-ci il yanvarın 1-dən 2026-cı il iyulun 1-dək 4 saylı cəzaçəkmə müəssisəsində ümumilikdə 7 doğum qeydə alınıb.
Mənbə: www.bakupost.az