ABŞ-da koronavirus qurbanlarının sayı 417 mini keçib

ABŞ-da koronavirusa yoluxma hadisələrinin sayı 25 milyona yüksəlib.

Trend-in məlumatına görə, bu barədə beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, pandemiya başlayadandan bəri ölkədə 25 003 695 nəfər koronavirusa yoluxub, virus törədən nəticələrdən ölkədə ölənlərin sayı 417 538 nəfərə çatıb.

Ən çox "COVİD-19" virusuna yoluxma halları Kaliforniya (3 147 735), ardından Texas (2 243 009), Florida (1 639 914), Nyu York (1 323 312) və İllinoys (1 098 527) ştatlarında qeydə alınıb.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Niyə Elon Musk dünyanın ən varlı insanı deyil? : Forbes nəşri yazır

SONRAKI XƏBƏR

"Samir Abasov emosional və xarakterlidir" - Stankoviç