Bursada dəniz səfərləri təxirə salınıb - SƏBƏB

Bursada dəniz səfərləri təxirə salınıb - SƏBƏB

Bursada güclü külək və fırtına səbəbindən bir sıra dəniz səfərləri təxirə salınıb.

Cebhe.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bursa Dəniz Avtobusları (BUDO) rəsmi internet səhifəsində bu gün üçün planlaşdırılan səfərlərin təxirə salındığı bildirilir.

Qeyd olunur ki, 6 dəniz reysi təxirə salınıb.

Reyslərin nə vaxt bərpa ediləcəyi barədə məlumat verilmir.

Mənbə: cebhe.info