Avstraliyanın yeni silahlar üçün xərcləyəcəyi vəsait açıqlandı

Avstraliyanın yeni silahlar üçün xərcləyəcəyi vəsait açıqlandı

Eastnews.org-un verdiyi xəbərə görə, Avstraliya hökuməti rake və uzaq mənzilli torpedoların istehsalı üçün 1 milyard Avstraliya dolları (770 mln ABŞ dolları) məbləğində vəsait xərcləyəcək.

Bu barədə “Reuters” Avstraliya Müdafiə Nazirliyinə istinadən məlumat verib.

“Avstraliyanın müdafiə qabiliyyətinin modernləşdirilməsi çərçivəsində yaxın on ildə su sahəsinə nəzarəti qorumaq üçün Avstraliya donanmasını müasir uzun mənzilli gəmi əleyhinə raketlər, yer-hava raketləri, torpedo və digər silahlarla təmin etməyi planlaşdırırıq”, - deyə Avstraliya Müdafiə naziri Linda Reynolds bildirib.

Mənbə: eastnews.org