Avropa ölkəsində respirator maska məcburi oldu

Avropa ölkəsində respirator maska məcburi oldu

 

Bu gündən Avstriya sakinləri mağazalarda və ya ictimai nəqliyyatda adi maskalar əvəzinə FFP2 respiratorlardan istifadə etməlidirlər.

“The Local” xəbər verir ki, ölkənin Səhiyyə naziri Rudolf Anşober respiratorun daha etibarlı şəkildə qoruduğunu deyib.

O respirator maskanın qiymətinin adi maskadan daha yüksək olduğunu bildirib.

Yoxsul insanlara qoruyucu vasitələr pulsuz veriləcək.

Qeyd edək ki, 9 milyondan çox əhalisi olan Avstriyada bu zamana qədər 404 714 nəfərdə koronavirus aşkar edilib, 7 418 xəstə ölüb.

Mənbə: www.oxu.az