2020-ci ildə bələdiyyələrlə bağlı neçə akt tərtib edilib? - RƏSMİ

2020-ci ildə bələdiyyələrlə bağlı neçə akt tərtib edilib? - RƏSMİ

“Ölkə qanunvericiliyə müvafiq olaraq nazirliyin tabeliyində olan Bələdiyyələrlə iş mərkəzi tərəfindən 79 858 akt tərtib olunub, 76 433 akt qanuna uyğun olub. 2 939 aktın isə ləğvi üçün aidiyyəti üzrə tapşırıq verilib”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov deyib.

O bildirib ki, pandemiya dövründə digər sahələrdə olduğu kimi Bələdiyyələrlə iş mərkəzinin də fəaliyyətində çətinliklər yaranıb:

“İnzibati tədbirlər görülməsi nəticəsində bələdiyyə aktlarının ləğvi məsələləri 0,5 faiz azalıb.

İl ərzində 3500 müraciətə baxılıb, bu istiqamətdə 800 nəfərin qəbulu həyata keçirilib.

Müraciətlərin sayı 6 faiz çox olub. Təmin edilən müraciətlərin sayı 17 faiz artıb. Bununla yanaşı, 328 qanunazidd bələdiyyə aktının dəyişdirilməsi və ləğvi ilə bağlı təkliflər verilib”.

Mənbə: www.oxu.az